Azpolitika.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
2050-ci ildə qlobal iqtisadiyyat iki dəfədən çox böyüyəcək və dünya üzrə güc balansı əhəmiyyətli şəkildə dəyişəcək.
Bu barədə beynəlxalq audit və konsaltinq şirkəti PwC-nin hazırladığı “The World in 2050” adlı hesabatda bildirilir.
Hazırlanan sıralamada Çin və Hindistan zirvədə qərarlaşarkən, Türkiyə 11-ci yerdə yer alır. Müsəlman ölkələr arasında isə ilk beşlikdə yalnız İndoneziya təmsil olunur.
Hesabatda satınalma qabiliyyəti pariteti (PPP) əsasında aparılan təhlillərə görə, qlobal iqtisadiyyatın 2050-ci ilə qədər iki dəfədən çox böyüyə biləcəyi bildirilir. Araşdırma iqtisadi güc mərkəzlərinin əhəmiyyətli dərəcədə yer dəyişəcəyini göstərir.
PwC-nin proqnozuna əsasən, 2050-ci ildə dünyanın ən güclü iqtisadiyyatlarının sıralaması belə olacaq:
- Çin;
- Hindistan;
- ABŞ;
- İndoneziya;
- Braziliya;
- Rusiya;
- Meksika;
- Yaponiya;
- Almaniya;
- Böyük Britaniya;
- Türkiyə;
- Fransa;
- Səudiyyə Ərəbistanı;
- Nigeriya;
- Misir;
- Pakistan;
- İran;
- Cənubi Koreya;
- Filippin;
- Vyetnam;
- İtaliya;
- Kanada.
"AzPolitika.info"
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.