JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
Sea Breeze

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki 20 nömrəli məktəb-liseydə ilin axır çərşənbəsi-Torpaq çərşənbəsinə həsr olunmuş bayram tədbiri təşkil olunub.

Tədbirdə BŞTİ-nin Media və ictiaiyyətlə əlaqələr sektorunun müdiri Bəşarət Məmmədov, Məktəbdənkənar fəaliyyətlərin təşkili sektorunun müdiri Günay Qurbanova, məktəb rəhbərliyi, təhsil ocağının pedaqoji kollektivi, şagirdlər, valideynlər və digər qonaqlar iştirak ediblər.

Tədbir çərçivəsində şagirdlərin ifasında Novruzun ənənəvi obrazları olan Kosa və Keçəlin maraqlı sərgüzəştləri səhnələşdirilib, Novruza qədər qeyd olunan su, od, yel və torpaq çərşənbələrinin mahiyyəti, bayrama xas şirniyyatların rəmzi mənaları, səməninin cücərdilməsi və digər bayram ənənələri barədə məlumatlar təqdim olunub. Məktəblilər bahara, Novruz bayramına aid mahnılar ifa edib, yallı gedib, şeirlər səsləndirib, digər özfəaliyyət bacarıqlarını nümayiş etdiriblər. Çıxışlarda Novruzun dostluq, birlik və yenilənmə rəmzi olduğu, xalqımızın milli kimliyini, mənəvi dəyərlərini və əsrlər boyu formalaşmış ənənələrini özündə yaşadan mühüm bayramlardan olduğu əks etdirilib.

Sonda məktəb-liseyin direktoru vəzifəsini müvəqqəti icra edən Yasəmən Əliyeva nümayiş etdirdikləri maraqlı və məzmunlu çıxışlara görə şagirdlərə təşəkkürünü bildirib.

Tədbir xatirə şəkillərinin çəkilməsi ilə yekunlaşıb.

Qeyd edək ki, bayram tədbirinin keçirilməsində əsas məqsəd şagirdlərdə milli-mənəvi dəyərlərə hörmət hissinin formalaşmasına, adət-ənənələrimizin qorunub saxlanmasına və gənc nəslə ötürülməsinə mühüm töhfə verməkdən ibarətdir.

JASBAR GÖMRÜK XİDMƏTLƏRİ
ETX
ETX
ETX