EN

Paşinyan Vensə 30 min dollarlıq qonaqlıq verib

ain.az, Cebheinfo portalına istinadən məlumat yayır.

Putinin iqamətgahında gizli qonaq: Müctəba Xamenei barədə iddia gündəmi silkələdi.

Fevralın 9-10-da Ermənistana gələn ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vensin və onu müşaiuyət edən nümayəndə heyətinin digər üzvlərinin şərəfinə qəbul təşkil edilib.

“Cebheinfo.az” xəbər verir ki, “Hraparak” qəzeti ABŞ-nin yüksək səviyyəli nümayəndə heyəti üçün təşkil edilmiş ziyafət və digər xərclər barədə fərdi alış-veriş platformasından məlumat əldə edib. 

“İsveç masası” adlanın süfrənin təşkili üçün 11 milyon dram və ya 29 142 ABŞ dolları vəsait xərclənib. Qeyd edilir ki, Ermənistan Xarici İşlər Nazirliyinin Dövlət Protokol Xidməti birdəfəlik ödəniş qəbulunun təşkili üçün “Blizzard” MMC ilə müqavilə imzalayıb.

“İsveç masası”nda 200 nəfərlik yer olub. Ceyms Devid Vensin qarşılandığı “Zvartnos” hava limanında isə bu yerlərin sayı 50 nəfərlə məhdudlaşıb.

Menyuda müxtəlif un məmulatları, qurudulmuş və mövsümi meyvələr, isti və soyuq yeməklər, o cümlədən barbekü boşqabı, balıq yeməkləri, kənd kartofu, müxtəlif pendir və zeytun seçimləri, təbii və qazlı içkilər və s. olub.Bu xidmətin göstərilməsi üçün büdcədən 11 milyon 112 min 600 dram və ya 29 550 dollar ayrılıb. 

2005-ci ildən elektron qaydada qeydiyyatdan keçmiş “Blizzard” MMC-nin 2018-ci ildən dövlət satınalmaları ilə məşğul olduğu bildirilir. Şirkətin səhmlərinin 100 faizi Armenuhi Xaçatryana məxsus olduğu qeyd edilir.

Müşfiq Abdulla 

“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
60
1
cebheinfo.az

2Sources