EN

“Oda baxmağı sevirəm”: 15 mənzili qəsdən yandıran şəxs HƏBS EDİLDİ – VİDEO

Rusiyalı “alova baxmaq” üçün 15 mənzili yandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Keçən ilin iyul ayından etibarən Tomsk vilayətinin polisinə yaşayış binalarında baş verən yanğınlarla bağlı məlumatlar daxil olmağa başlayıb.

Aparılan yoxlamalar nəticəsində məlum olub ki, bu yanğınlar heç də təsadüfi baş verməyib.

Aydın olub ki, Seversk şəhərində bir piroman fəaliyyət göstərir. Belə ki, o, ən azı 15 mənzili və bir qəzalı qeyri-yaşayış binasını qəsdən yandırıb.

Vurulan ziyanın ümumi məbləği 3 milyon rubldan (təxminən 62 000 manat) çox təşkil edib. Saxlanılan şəxsin sözlərinə görə, o, bu dəhşətli əməlləri sadəcə oda tamaşa etməyi sevdiyi üçün törədib.

Qeyd edək ki, piromaniya — od yandırmağa qarşı qarşısıalınmaz bir həvəs və ciddi psixoloji pozuntudur.

Belə şəxslər törətdikləri əməlin ağır nəticələrini və cəmiyyət üçün yaradacaqları böyük təhlükəni dərk etməkdə çətinlik çəkirlər.

Hazırda hüquq-mühafizə orqanları həmin şəxs barəsində müvafiq cinayət işi başladıb və onun psixiatrik ekspertizadan keçirilməsi planlaşdırılır.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
48
interpress.az

1Sources