EN

Laricani və Süleymaninin dəfn mərasimi keçirilir

İranda ABŞ və İsrail hücumları nəticəsində öldürülmüş Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Laricani, “Bəsic” komandanı Qulamrza Süleymani və “Dena” hərbi gəmisinin heyət üzvlərinin dəfn mərasimi keçirilir.

KONKRET.az xəbər verir ki, bu barədə “Tasnim” məlumat yayıb.

Bildirilib ki, onlar Tehranda Şəhrəkorddakı İnqilab meydanı, İmamzadəgan ziyarətgahının qarşısında dəfn olunacaq.

Qeyd edək ki, İsrail və ABŞ 28 fevraldan İrana qarşı hərbi əməliyyata başlayıb. Zərbələr nəticəsində İranın ali dini lideri Əli Xamenei başda olmaqla, onlarla yüksək səviyyəli məmur ölüb. İran qonşu ölkələrdəki ABŞ bazalarına və İsrailə cavab zərbələri endirir.

Chosen
51
konkret.az

1Sources