EN

Azərbaycandan polietilen ixracı 31 faizədək artıb

Bakı, 18 mart, AZƏRTAC

2026-cı ilin yanvar-fevral aylarında Azərbaycandan polietilen ixracı 30,8 faiz artaraq 18 min 606,7 ton olub.

Dövlət Gömrük Komitəsindən (DGK) AZƏRTAC-a verilən məlumata görə, ixrac olunan polietilenin dəyəri isə 6,6 faiz artaraq 17,7 milyon dollar təşkil edib.

Xatırladaq ki, 2025-ci ilin eyni dövründə 16,6 milyon dollarlıq 14 min 221,9 ton polietilen ixrac olunub.

Qeyd edək ki, Sumqayıt Kimya Sənaye Parkında “SOCAR Polymer” layihəsi çərçivəsində yüksəksıxlıqlı polietilen zavodu tikilib. Zavod gündəlik 330 ton, illik 120 min ton istehsal gücünə malikdir. Məhsulun 25 faizi daxili bazar, 75 faizi isə ixrac üçün nəzərdə tutulub.

Chosen
65
2
azertag.az

3Sources