EN

Ebru Gündeş qızını özəl təyyarə ilə Dubaydan çıxardı

Türkiyəli məşhur müğənni Ebru Gündeş son günlər ailəsi ilə bağlı yaşadığı gərgin anların ardından rahat nəfəs alıb.

Musavat.com xəbər verir ki, uzun müddətdir Dubayda yaşayan sənətçinin qızı Alara Gündeş bölgədə baş verən hərbi gərginlik və hava məkanının bağlanması səbəbindən orada mahsur qalıb.

Orta Şərqdə artan münaqişə və raket hücumları nəticəsində mülki aviareyslər dayandırılıb. Bu səbəbdən Dubaydakı Alaranın ölkədən çıxışı mümkün olmayıb. İstanbulda olan Ebru Gündeş isə günlərlə qızından xəbər gözləyərək onun təhlükəsizliyini təmin etmək üçün alternativ yollar axtarıb.

Birbaşa uçuşlar mümkün olmadığından, Alara əvvəlcə təhlükəsiz şəkildə quru yolu ilə Omana aparılıb. Daha sabit vəziyyətə malik olan Oman üzərindən isə Gündeş xüsusi təyyarə təşkil edib.

Omandan havaya qalxan özəl təyyarə saatlarla davam edən uçuşdan sonra İstanbula enib. Günlərdir böyük narahatlıq yaşayan Ebru Gündeş hava limanında qızı ilə qovuşaraq dərin bir nəfəs alıb.

Könül
Musavat.com 

Chosen
65
2
musavat.com

3Sources