EN

KOBİA-da vətəndaşların müraciətləri dinlənilib

Bakı, 18 mart, AZƏRTAC

Kiçik və Orta Biznesin İnkişafı Agentliyində (KOBİA) vətəndaşlarla növbəti görüş keçirilib.

KOBİA-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı sahibkarların biznes fəaliyyəti ilə bağlı müraciətləri dinlənilib, ehtiyacları olan dəstək və qarşılaşdıqları məsələlərin həlli ilə bağlı müzakirələr aparılıb.

Həmçinin sahibkarlara dövlət dəstəyi mexanizmləri barədə məlumat verilib. Qeyd olunub ki, biznesin qurulması və inkişafına dair müraciətlər üzrə zəruri dəstəyin göstərilməsi üçün tədbirlər görüləcək. Sahibkarların araşdırma tələb edən müraciətlərinin həlli üzrə isə agentliyin səlahiyyətləri çərçivəsində müvafiq qurumlarla birgə tədbirlər görüləcək.

Chosen
20
4
azertag.az

5Sources