EN

Alyona Əliyeva ilə bağlı sifarişi kimlər verib? – ŞOK DETALLAR – VİDEO

Azərbaycanda son günlər geniş müzakirələrə səbəb olan qalmaqallı məsələ, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) saxladığı şəxsin ifadələri fonunda yeni detallar üzə çıxıb. Araşdırma zamanı məlum olub ki, sosial şəbəkələrdə yayılan və Alyona Əliyeva haqqında dövriyyəyə buraxılan məlumatlar heç bir real fakta əsaslanmayıb, tamamilə saxta və manipulyativ xarakter daşıyıb.

İstintaq materiallarında qeyd olunur ki, bu təxribat çərçivəsində müxtəlif pornoqrafik saytlarda yayılan naməlum şəxslərin görüntülərindən istifadə edilərək montaj olunmuş materiallar hazırlanıb və ictimai rəyə təsir göstərmək məqsədilə tirajlanıb.

Məsələ ilə bağlı diqqətçəkən digər məqam isə həmin prosesdə adı hallanan şəxslərin Mehman Hüseynova yaxın olmasıdır. İfadələrdən birində qeyd olunur ki, bu materialların yayılması üçün “icazə verildiyi” və prosesin daha geniş şəkildə ictimailəşdirilməsinin tapşırıldığı bildirilib.

Bu “icazə”nin kimlər tərəfindən verildiyi isə hələlik açıq qalır və əsas müzakirə mövzularından birinə çevrilib.

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən AVP sədri Akif Nağı bildirib ki, bu cür hallar cəmiyyət üçün ciddi təhlükə yaradır və məqsədli şəkildə aparılan qarayaxma kampaniyalarının tərkib hissəsidir.

Akif

“Müasir dövrdə süni intellekt və rəqəmsal texnologiyaların inkişafı saxta məlumatların hazırlanmasını asanlaşdırıb və bundan sui-istifadə halları artıb.

Bu, kimisə gözdən salmaq üçün qanundan kənar mübarizə üsuludur. Belə vasitələrdən istifadə etməklə həm ayrı-ayrı şəxslərə, həm də dövlətin yüksək rəhbərliyinə qarşı kampaniyalar aparılır. Bu, nə milli-mənəvi dəyərlərə, nə də hüquqi çərçivəyə sığır.”

A.Nağı qeyd edir ki, bu cür proseslərin arxasında müxtəlif maraqlı qüvvələr dayana bilər:

“Kimlərin sifariş verdiyini konkret demək çətindir. Amma Azərbaycanın müstəqil siyasətindən narahat olan qüvvələr, o cümlədən ermənipərəst dairələr, bəzi xarici dövlətlər və müəyyən beynəlxalq təşkilatlar bu cür kampaniyalarda maraqlı ola bilər. Onlar müəyyən şəxsləri maliyyələşdirərək belə fəaliyyətlərə cəlb edirlər.”

Ekspertin fikrincə, problemin qarşısını almaq üçün yalnız hüquqi tədbirlər kifayət deyil:

“Cəmiyyətdə maarifləndirmə işi gücləndirilməlidir. İnsanlara izah olunmalıdır ki, saxta məlumat yaymaq, böhtan atmaq qəbuledilməzdir. Eyni zamanda qanunvericilik bazası daha da sərtləşdirilməli və bu cür hallara qarşı operativ reaksiya verilməlidir.

Sosial şəbəkələrdə dezinformasiya və saxta kontentlərin yayılması artıq milli təhlükəsizlik məsələsinə çevrilib və bu istiqamətdə həm hüquqi, həm də texnoloji mexanizmlərin gücləndirilməsi zəruridir”.

Hazırda istintaq tədbirləri davam edir və sifarişçi qüvvələrin kimliyi ilə bağlı araşdırmalar aparılır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Chosen
43
1
konkret.az

2Sources