EN

Həftədə ən azı bir dəfə qırmızı ət qəbul olunmalıdır

Redaktor.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

"İnsan orqanizmi üçün ət əsas protein mənbəyidir və onun bitki mənşəli proteinlərlə tam əvəz olunması ciddi tövsiyə edilmir. Vegetarianlıq fərqli bir yanaşmadır və hər kəs üçün uyğun deyil. Heyvan mənşəli qidalar, xüsusilə ət məhsulları, orqanizm üçün əvəzolunmaz protein və minerallar mənbəyidir".

Redaktor.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, qastroenteroloq Emin Məmmədov qurumun “Instagram” hesabında keçirilən canlı yayım zamanı dedi.

Həkim vurğuladı ki, qırmızı ət orqanizm üçün vacib dəmir qaynağıdır:

"Misal üçün, bir kilo ət ilə əldə edəcəyiniz dəmiri alma ilə almaq üçün çox daha böyük miqdarda, bəlkə yüz kilo alma yemək lazımdır. Çünki ətin tərkibindəki minerallar bədən tərəfindən bitkilərə nisbətən daha yaxşı sorulur. Tövsiyə olunur ki, balıq və quş ətinə üstünlük verilsin və mümkün qədər orqanik məhsullar seçilsin. Qırmızı ət isə həftədə ən azı bir dəfə qəbul olunmalıdır".

Nuriyyə NATİQQIZI

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
56
1
redaktor.az

2Sources