EN

Fitrə zəkatı vermək istəyənlərin nəzərinə! Bunu bilməlisiniz

ain.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

Qafqaz Müsəlmanları İdarəsi fitrə zəkatının adambaşı 10-15 manat aralığında olmasını tövsiyə edib. Bu isə ictimaiyyətdə birmənalı qarşılanmayıb.

Fitrə zəkatı mütləq Qafqaz Müsəlmanları İdarəsi tərəfindən müəyyən edilən məbləğ çərçivəsində verilməlidir?

Globalinfo.az-a danışan ilahiyyatçı Ağa Hacıbəyli bildirib ki, fitrə sədəqəsi müsəlman kimliyimizin ifadəsidir və iki böyük əhəmiyyət daşıyır:

“Birincisi, fitrə sədəqəsi tutduğumuz orucun qüsur və nöqsanlarını tamamlamaq, kamilləşdirmək niyyəti ilə verilir. Peyğəmbərimiz (s.a.v) hədislərində buyurur ki, tutduğunuz oruclar səmadan asılı vəziyyətdədir. Verdiyiniz fitrə sədəqəsi ilə onu Allah dərgahında qəbul etdirmiş olursunuz.

İkincisi isə, zəngin insanlar fəqir və yoxsul insanlara qucaq açır, Ramazan bayramlarında onlara maddi tədarük edir. Bu yolla yoxsul insanlar da bayramın ləzzətini və feyzini hiss etmiş olur”.

Ağa Hacıbəyli

İlahiyyatçı qeyd edib ki, fitrə sədəqəsinin məbləği tarixən müxtəlif ərzaqlardan – buğda, arpa, düyü, kişmişdən çıxarılıb:

“Məsələn, adambaşına üç kilo buğda və ya düyü əsasında fitrə verə bilər. Eyni zamanda, ailə başına da bu ərzaqlardan fitrə çıxarmaq mümkündür. Bahalı xurma və kişmişlə də fitrə vermək olar. Burada məqsəd insanların yeni yollarla fitrə verməsini təşviq etməkdir. Son illərdə ölkəmizdə isə məbləğ konkret göstərilir ki, insanlar rahat şəkildə öz fitrə sədəqələrini verə bilsinlər”.

A.Hacıbəyli əlavə edib ki, insan gücü çatan qədər fitrə verə bilər:

“Bu məbləği hesablayıb fitrə sədəqəsi verə bilərsiniz. Lakin ölkəmizdə ümumi bir məbləğ müəyyən olunub, minimum həddi ona görə götürmək kifayətdir. Amma bu, o demək deyil ki, yalnız həmin məbləğ verilməlidir. Elə zəngin adamlar var ki, qonşudakı yoxsulun bütün ehtiyaclarını ödəmək üçün daha çox fitrə verir. Burada sərhəd yoxdur. Əsas odur ki, cəmiyyətin ən fəqir, miskin və yoxsul üzvləri də faydalanmış olsunlar”.

Zaira Akifqızı

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
112
globalinfo.az

1Sources