Martın 12-də Avropa Liqasının (AL) 1/8 finalına start verildi.
"Football-plus.az" xəbər verir ki, bu mərhələnin ilk oyunları çərçivəsində keçirilən 8 matçda güclü rəqabətə təsadüf edildi.
Qeyd edək ki, liqa mərhələsində ilk 8 yeri tutan komandalar (Lion, Aston Villa, Midtüllann, Betis, Portu, Braqa, Frayburq, Roma) pley-offda mübarizəyə məhz 1/8 finaldan başladılar. Onlar səfərdə keçirdkləri ilk oyunlarda ümumilikdə qənaətbəxş nəticələr göstərdilər: 3 qələbə, 2 heç-heçə, 3 məğlubiyyət. Liqa mərhələsini lider kimi başa vuran “Lion” İspaniyada “Selta”ya məğlubiyyətdən Endrikin son dəqiqələrdə vurduğu qolla qaça bildi – 1:1. “Aston Villa” isə Fransada “Lill”ə Uotkinsin yeganə qoluyla qalib gəldi. Bu, birmingemlilərin Unay Emerinin başçılığı altında 100-cü qələbəsi oldu. İspaniyalı mütəxəssis yubileyə İngiltərə klubunda rekord sayılan ən aşağı göstərici ilə - 181 oyunda nail oldu.
Premyer-liqanın digər klubu isə 1/8 finala uğursuz start verdi. Pley-offda “Fənərbaxça”nı mübarizədən kənarlaşdıran “Nottingem Forest” evdə “Midtüllann”a minimal hesabla məğlub oldu. Danimarka klubu liqa mərhələsini təsadüfən 3-cü yerdə başa vurmadığını sübut etdi.
İtaliyanın iki təmsilçisi arasındakı ilk oyunda qalib müəyyənləşmədi. Evdə “Roma” ilə 1:1 hesabına razılaşan “Bolonya” avrokuboklarda məğlubiyyətsiz seriyasını rekord saya - 10-a çatdırdı (6 qələbə, 4 heç-heçə). Daha bir rekorda “Portu”nun müdafiəçisi Tyaqo Silva imza atdı. O, buna “Ştutqart”a qarşı turnirdəki ilk oyununa çıxmaqla nail oldu. Martın 12-də 41 yaş 171 günlüyündə olan braziliyalı AL-in tarixinə turnirdə debüt edən ən yaşlı futbolçu kimi düşdü. Əvvəlki rekord “Atletik”in əfsanəvi hücumçusu Arits Adurisə məxsus idi. O, turnirdə 40 yaş 245 günlüyündə debüt etmişdi. Xatırladaq ki, Tyaqo Silva “Portu”ya 2025-ci ilin sonunda azad agent kimi gəlib.
1/8 final, ilk oyunlar
Lill (Fransa) - Aston Villa (İngiltərə) 0:1
Uotkins, 61.
Lill: Özər, Mandi, Tyaqo Santuş (Menye, 66), Mbemba, Pyerro, Bentaleb, Andre (Buaddi, 46), Mukau (Korreya, 66), Perren (Fernandes-Pardo, 52), Haraldsson (Dyaune, 83), Jiru.
Aston Villa: Martines, Boqarde, Konsa, Pau Torres, Din, Sanço (Maatsen, 83), Duqlas Luis (Makqinn, 77), Onana, Rocers (Elliott, 90), Buendiya (Beyli, 83), Uotkins.
Selta (İspaniya) - Lion (Fransa) 1:1
Rueda, 25 – Endrik, 87.
Selta: Radu, X.Rodriges, Starfelt, Alonso, Minqesa (Ristiç, 63), Vesino, Rueda (Korreyra, 46), Moriba (Sotelo, 90+1), İqlesias, Aspas (Cutqla, 46), Svedberq (Duran, 67).
Lion: Qreyf, Kanqo (Amdani, 85), Niakate, Mata, Talyafiko (İmber, 67/Karabets, 70), Tolisso, Morton (Manqalya, 85), Abner Vinisius, Narti (Tessman, 85), Yaremçuk, Endrik.
Ştutqart (Almaniya) - Portu (Portuqaliya) 1:2
Undav, 40 – Moffi, 21. Mora, 27.
Ştutqart: Nübel, Nartey (Fürix, 70), Yeltş (Jak, 70), Şabo, Hendriks, Karazor (Mittelştadt, 84), Ştiller, Əl-Hannus, Undav, Levelinq, Demiroviç (Tyaqo Tomaş, 63).
Bolonya (İtaliya) - Roma (İtaliya) 1:1
Bernardeski, 50 – Pelleqrini, 71.
Bolonya: Skorupski, Joao Mario (Zortea, 84), Kazale (Vitik, 84), Lukumi, Miranda (Likoyannis, 79), Fröyler, L.Ferqyuson, Pobeqa, Bernardeski, Rou (Kambyaqi, 71), Kastro (Dallinqa, 79).
Roma: Svilar, Rensx (Simikas, 58), Qilardi, Ndika, Çelik (Ermoso, 66), Fransa, Əl-Aynaui (Pelleqrini, 66), Pizilli, Kristante, Malen, Saraqosa (Vaz, 46).
Panatinaikos (Yunanıstan) - Betis (İspaniya) 1:0
Taborda, 88-p.
Betis: Pau Lopes, Ruibal, Lyorente, Natan (Qomes, 46), Rodriges (Firpo, 69), Roka, Fornals (Bartra, 89), Altimira (Deossa, 78), Ezzalzuli (Rikelme, 68), Ernandes, Antoni.
Nottingem Forest (İngiltərə) - Midtüllann (Danimarka) 0:1
Ço Qyu Son, 18.
Nottingem Forest: Sels, Ayna (Bakva, 82), Jair Kunya (Milenkoviç, 9), Murillo, Morato (N.Uilyams, 46), Hatçinson, Anderson, Dominges (İ.Sanqare, 69), Gibbs-Uayt, Hadson-Odoi, İqor Jezus (Lukka, 69).
Midtüllann: E.Olafsson, Bek, Erliç, Diao, Vik.Yensen, Billinq, Kastilyo (Andreasen, 46), Bravo, Mbabu (Li Han Bom, 59), Brumado (Ço Qyu Son, 57), Şimşir (Ure, 57).
Genk (Belçika) - Frayburq (Almaniya) 1:0
Ə-Uahdi, 24.
Frayburq: Atubolu, Ginter, Oqbus, Günter, Troy, Österhaqe, Manzambi, Beste (İrye, 63), Sudzuki (Höler, 71), Qrifo (Şerhant, 63), Matanoviç.
Ferentsvaroş (Macarıstan) - Braqa (Portuqaliya) 2:0
Kanixovski, 35. Yojef, 69.
Cavab oyunları martın 18-19-da keçiriləcək.
Bombardirlər: İqor Jezus (Nottingem Forest), Staniç (Ludoqorets) - 7, Aktürkoğlu (Fənərbaxça) - 6.