EN

Azərbaycanda gəlin qaynanasını breketə görə öldürdü Hamama girəndə...

ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Astarada gəlinin qayınanasını qətlə yetirməsi ilə bağlı aparılan məhkəmə prosesi yekunlaşıb. Kotalan kəndində baş verən ağır cinayətdə təqsirləndirilən 22 yaşlı Ruhanə İmanova barəsində hökm oxunub. İki azyaşlı uşaq anası olan gəlin 10 il müddətinə azadlıqdan məhrum edilib.Demokrat.az-ın məlumatına görə hadisənin təfərrüatları kifayət qədər qeyri-adi səbəbə söykənir. Belə ki, gəlinlə 55 yaşlı qayınanası Xalidə Manafova arasında mübahisə dişə taxılan breket üstündə yaranıb. Gəlinin müalicə məqsədilə dişlərinə həmin cihazı taxdırması qayınanasının etirazına və narazılığına səbəb olub. Məhz bu mövzuda başlayan gərginlik qanlı sonluqla bitib. Ruhanə İmanova mübahisə zamanı qayınanasına bir neçə bıçaq zərbəsi endirərək onu öldürüb.Məhkəmə qarşısına çıxarılan gəlin törətdiyi əməli etiraf edərək peşman olduğunu bildirib. O, ifadəsində hadisənin qəfildən baş vermədiyini və uzun müddət davam edən ailədaxili gərginliyin nəticəsi olduğunu iddia edib. Ruhanə eyni evdə yaşadıqları müddətdə qarşılaşdığı çətinlikləri və münasibətlərindəki problemləri hakimlərin diqqətinə çatdırıb.“4 ildir evliyəm, elə 4 ildir qayınanamla münasibətimiz pis olub. Bu söz-söhbətlərə görə dəfələrlə həyat yoldaşımla kirayə evə çıxmaq istəmişik. Amma imkan olmadığı üçün bu məsələ də alınmayıb. Həyat yoldaşım hər dəfə anasını yola verməyimi xahiş edirdi. Lakin artıq dözülməz idi. Təsəvvür edin, hamama girirdim, qayınanam mənə 5 dəqiqə vaxt verirdi. Rahat yemək yeməyə imkan vermirdi. Mənə gözəllik salonuna getməyə icazə vermirdi, hətta evdən çölə çıxmağıma qarşı idi. Sonuncu dəfə də dişlərimə breket taxdırdığım üçün üstümə gəlməyə başladı. Ərim icazə versə də, qayınanam razı olmadı. Elə bu söhbət vaxtı üstümə hücum çəkdi, 8 aylıq qızıma qarşı nalayiq sözlər işlətdi. Ən çox da körpəmə qarşı təhqirləri məni əsəbiləşdirdi, onu bıçaqlamağa məcbur qaldım. Ancaq çox peşmanam. Ən əsası uşaqlarımın ana qayğısına ehtiyacı var. Nə yeyib-içdiklərini bilmirəm”.İş materiallarında yazır ki, Ruhanə əvvəlcə qayınanasının ölümünü intihar kimi qələmə vermək istəyib. Elə ərinə zəng edəndə də anasının özünü bıçaqladığını deyib. Amma polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra şöbədə hər şeyi etiraf edib.Məhkəmədə qətlə yetirilən qadının oğulları da ifadə verib. Ruhanənin əri şahid kimi ifadə versə də, qardaşı mərhumun hüquqi varisi qismində tanınıb. O, anasını öldürdüyü üçün qardaşı arvadının ən ağır şəkildə cəzalandırılmasını xahiş edib.Təqsirləndirilən qadının əri ifadəsində Ruhanə ilə anasının mütəmadi olaraq mübahisə etdiklərini təsdiq edib. O da imkanları olmadığı üçün kirayə evə çıxa bilmədiklərini deyib. Hadisəyə gəlincə isə həyat yoldaşının dözümlü biri olduğunu, belə bir cinayət törətməsinə təəssüfləndiyini bildirib. O, övladlarından birinə özünün, digərinə isə qayınanasının baxdığını vurğulayıb.

Ruhanəyə sanksiya həddi 14 ildən 20 ilə kimi azadlıqdan məhrumetmə cəzası olan xüsusi amansızlıqla adam öldürmə maddəsi ilə ittiham verilmişdi. Amma Lənkəran Ağır Cinayətər Məhkəməsi bu ittihamı düzgün hesab etməyib. Neymət Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası belə qənaətə gəlib ki, təqsirləndilən şəxs zərərçəkmişə çoxsaylı bıçaq zərbələri vurmasını qəddarlıq və müstəsna dərəcədə rəhmsizliyi ilə deyil, onun baxışında vurulan zərbələrin, zərərçəkmişin həyatdan məhrum edilməsi üçün kifayət etməməsi olub.

Bu və digər əsaslarla xanım müttəhimin əməli qəsdən adam öldürmə maddəsinə tövsif edilib. İki azyaşlı uşaq anası olması və sosial ədalət prinsipəri nəzərə alınmaqla Ruhanəyə maddənin sanksiyasının aşağı həddi ilə 10 il həbs cəzası verilib. (qafqazinfo)Demokrat.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
38
2
demokrat.az

7Sources