EN

Ölkədən milyardlarla dollar çıxarıldı: qarşılığında... Vacib açıqlama

GlobalInfo saytından alınan məlumata görə, ain.az bildirir.

Azərbaycanın tədiyyə balansı üzrə 2025-ci ilin yekun göstəriciləri açıqlanıb. Hesabatda diqqət çəkən məqamlardan biri kapital və maliyyə hərəkətində qeydə alınan mənfi saldo olub. Belə ki, ötən il ölkədən kapital və maliyyə axını təxminən 5 milyard dollar təşkil edib. Bu proses fonunda Azərbaycanın xaricdəki aktivləri və investisiyalarını əks etdirən xalis maliyyə aktivləri 5,4 milyard dollar artıb.

Bu, daha çox risk, yoxsa iqtisadiyyatın xaricdə genişlənməsi kimi qiymətləndirilməlidir?

Globalinfo.az-a danışan İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli deyib ki,  5,4 milyardlıq artım ölkənin investisiya imkanlarını genişləndirir:

“Bu, yeni sahələrə, o cümlədən dövlət şirkətlərinin yatırımlarına yönəlirsə, müsbət haldır. Bu istiqamət xaricdə yerləşdirilən kapitaldan dividend əldə etməklə əlavə büdcə gəlirlərinin formalaşmasına da şərait yaradır. Düzdür, hər bir xarici investisiya müəyyən risklər daşıyır. Lakin ümumi yanaşmada bu proses daha çox müsbət xarakter daşıyır. Bu, yalnız kapital axını deyil, eyni zamanda, ölkənin maliyyə dayanıqlılığının göstəricisidir və xarici bazarlarda investisiya imkanlarının genişləndiyini göstərir”.

İqtisadçı bildirib ki, bu amil beynəlxalq maliyyə standartlarına uyğun olaraq ölkənin maliyyə göstəricilərinin və əsas indikatorlarının yaxşılaşmasına təsir edir:

“Azərbaycanın investisiya ixrac edən ölkə kimi mövqeyinin möhkəmlənməsi də bu prosesin mühüm nəticələrindəndir. Bu baxımdan, qeyd olunan meyil ölkənin xarici investorlar üçün cəlbediciliyini artırır”.

Ləman İmran

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
54
globalinfo.az

1Sources