EN

Kvaratsxeliya ÇL tarixinə belə düşdü

style='margin-bottom:10px;'>

PSJ-nin hücumçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasının tarixinə düşüb.

QOL.az "Squawka"ya istinadən xəbər verir ki, o, bunu 1/8 final mərhələsinin "Çelsi" ilə cavab matçında fərqlənməklə bacarıb. Xviça görüşün 6-cı dəqiqəsində hesabı açıb (5 dəqiqə 41 saniyə). Bununla da 25 yaşlı yarımmüdafiəçi Çempionlar Liqası tarixində "Çelsi"nin qapısına ən tez yol tapan futbolçu olub. 

Qeyd edək ki, Kvaratsxeliya PSJ-yə 2025-ci ilin yanvar ayında qoşulub. Bu mövsüm gürcüstanlı futbolçu bütün yarışlarda 36 oyunda iştirak edib, 12 qol vurub və 7 məhsuldar ötürmə verib. O, Azərbaycan millisinin sabiq üzvü Badri Kvaratsxeliyanın oğludur.

Chosen
38
1
teleqraf.com

2Sources