EN

İran kəşfiyyat və təhlükəsizlik nazirinin öldüyünü təsdiqləyib

İran kəşfiyyat və təhlükəsizlik naziri İsmayıl Xətibin öldüyünütəsdiqləyib.

Bu barədə Trend İran KİV-ə istinadən məlumat verib.

Qeyd edək ki, bundan öncə İsrail Müdafiə Qüvvələri (IDF) ötəngecə Tehrana endirilən aviazərbələrdən birində İranın Kəşfiyyat vəTəhlükəsizlik Naziri İsmayıl Xətibin həlak olduğunutəsdiqləyib.

IDF-in rəsmi “X” səhifəsində dərc olunan məlumatdabildirilir:

“Xətib son dövrlərdə İran üzrə baş vermiş etirazlar zamanı mühümrol oynayıb; o, etirazçıların həbs edilməsi və öldürülməsi,həmçinin dünya üzrə israillilərə və amerikalılara qarşı terrorfəaliyyətlərinin həyata keçirilməsinə rəhbərlik edib. Eyni zamanda,o, 2022–2023-cü illərdə baş vermiş Mahsa Əmini etirazları zamanıİran vətəndaşlarına qarşı əməliyyatlar aparıb.

İranın Kəşfiyyat Nazirliyi qabaqcıl kəşfiyyat imkanlarınamalikdir; bu qurum nəzarət, casusluq və dünya miqyasında xüsusiləisrailli və İran vətəndaşlarına qarşı gizli əməliyyatların icrasınarəhbərlik edir”, -məlumatda qeyd olunur.

Qeyd edək ki, ABŞ və İran arasında nüvə proqramı ilə bağlıdanışıqlarda konkret razılaşma əldə olunmadığına görə, 28 fevraldanetibarən ABŞ və İsrail İrana hərbi hava hücumlarına başlayıb. Bunacavab olaraq İran da həmin gündən etibarən İsrailə və ABŞ-ninregion ölkələrindəki hərbi obyektlərinə raket və dronlarla hücumedib.

İrana hərbi hava hücumlarının ilk günündə İranın Ali LideriAyətullah Seyid Əli Xamenei, bir sıra yüksək vəzifəli hərbçilərölüb. 8 martda İranın Ekspertlər Məclisi səsçoxluğu ilə AyətullahSeyid Əli Xameneinin oğlu Seyid Muctaba Xameneini İranın 3-cü AliLideri seçib.

1-5 mart tarixlərində qarşıdurma daha da genişlənərək YaxınŞərqin müxtəlif ölkələrini əhatə edib.

ABŞ tərəfinin itkisinin 13 ölü, 140-dan çox yaralı olduğubildirilib.

Münaqişə nəticəsində regionun enerji infrastrukturu və dəniznəqliyyatı da ciddi risk altına düşüb. Hörmüz boğazı ətrafındatəhlükəsizlik gərginliyi səbəbindən dünya bazarında neft qiymətlərikəskin artıb və bir sıra ölkələr vətəndaşlarını regionu tərk etməyəçağırıb.

Məqalədə:
Chosen
57
11
az.trend.az

10Sources