EN

II İlya martın 22-də Sioni Kafedralında dəfn olunacaq

Bütün Gürcüstanın Katolikos-Patriarxı II İlya martın 22-də Sioni Katedralinda dəfn olunacaq.

Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, bu qərar Sinod iclasından sonra açıqlanıb.

Bildirilib ki, dəfn yeri Patriarxın vəsiyyətinə uyğun olaraq müəyyən edilib.

Keşiş Əyyub jurnalistlərə açıqlamasında qeyd edib ki, II İlya sağlığında yaxınlarına Sioni Kafedralında dəfn olunmaq istədiyini bildirib.

Qeyd edək ki, II İlya 17 mart tarixində 93 yaşında vəfat edib.

II İlyanın dəfn mərasiminin təşkili ilə bağlı dövlət komissiyasının yaradılacağı bildirilib. Gürcüstan Hökumət Administrasiyasının yaydığı məlumata əsasən, Dövlət Administrasiyasında bununla bağlı işgüzar görüş keçirilib. Görüşdə Baş nazir İrakli Kobaxidze, Prezident Mixeil Kavelaşvili, parlament sədri Şalva Papuaşvili, Tbilisi meri Kaxa Kaladze, eləcə də digər yüksəkvəzifəli şəxslər iştirak ediblər.

Məlumata əsasən, iclasda Patriarxın dəfn mərasiminin təşkilati məsələlərinin koordinasiyası üçün xüsusi dövlət komissiyasının yaradılması qərara alınıb. Eyni zamanda, hökumət nümayəndələrinin Patriarxlıq tərəfindən yaradılacaq komissiyanın işinə də cəlb olunacağı bildirilib.

II İlyanın vəfatı ilə əlaqədar ölkədə matəm elan olunub və matəm günləri dəfn mərasiminə qədər davam edəcək.

Chosen
41
1
olke.az

2Sources