EN

Son iki ayda Azərbaycandan Çexiyaya ixrac olunan neftin həcmi açıqlanıb

Bakı. Trend:

Bu ilin yanvar-fevral aylarında Azərbaycandan Çexiyaya 83,9milyon ABŞ dolları dəyərində bitumlu süxurlardan əldə olunmuş 169,8min ton xam neft və neft məhsulları ixrac olunub

Trend bu barədəDövlət Gömrük Komitəsinə istinadən məlumat verir.

Məlumata əsasən, 2025-ci ilin eyni dövrü ilə müqayisədə bugöstərici dəyər ifadəsində 140,1 milyon ABŞ dolları və ya 2,7 dəfə,həcm baxımından isə 240,4 min ton və ya 2,4 dəfə azdır.

Ötən ilin yanvar-fevral aylarında Azərbaycandan Çexiyaya 224milyon dollar dəyərində 410,2 min ton neft və neft məhsulları ixracolunmuşdu.

Qeyd edək ki, bu ilin yanvar-fevral aylarında Azərbaycan xariciölkələrlə ticarət əməliyyatlarını 6,264 milyard ABŞ dollarıməbləğində həyata keçirib. Bu göstərici keçən ilin eyni dövrü iləmüqayisədə 2,64 milyard dollar və ya 29,6% azdır.

Xarici ticarətin ümumi həcmindən 3,665 milyard dolları ixrac,2,599 milyard dolları isə idxal təşkil edib. Son bir il ərzindəixrac 1,102 milyard dollar və ya 23% azalıb, idxal isə 1,539milyard dollar və ya 37,2% azalıb.

Nəticədə, xarici ticarət 933,6 milyon dollar müsbət saldo iləyekunlaşıb ki, bu da ötən illə müqayisədə 52,4 milyon dollar və ya5,3% azdır.

Məqalədə:
Chosen
12
4
az.trend.az

8Sources