EN

''99 faiz mərhələni keçəcəyik'' deyən ''Liverpul''un əfsanəsi bu dəfə geri addım atdı

Türkiyə futboluna könül verənlərin bu gün bütün diqqəti ''Enfild'' stadionuna yönələcək.

"Football-plus.az" xəbər verir ki, Çempionlar Liqasında 1/8 finalın cavab oyununda ''Liverpul'' ''Qalatasaray''ı qəbul edəcək.

Xatırladaq ki, ötən həftə İstanbulda baş tutan ilk oyunda Türkiyə çempionu 1:0 üstün olmuşdu. ''Liverpul''un sabiq üzvü və əfsanəsi Ceymi Karrager cavab oyunundan öncə yeni açıqlamalar verib.

Şərhçi və ekspert kimi fəaliyyət göstərən Karrager püşkdən öncə ''Qalatasaray'' bizə rəqib olsa, 99 faiz mərhələni keçəcəyik'' ifadəsi ilə diqqət çəkmişdi. İlk oyunda qeydə alınan nəticənin ardından isə o, artıq şanslarının 99 faiz yox, 98 faiz olduğunu demişdi.

Bu dəfə o, ümumiyyətlə geri addım atmalı olub və fikrini belə əsaslandırıb:

''Premyer-liqada ''Vulverhempton'' və ''Tottenhem''ə qarşı oyunlarda yersiz xallar itirdik. Üstəlik ÇL-də də ilk oyunda ''Qalatasaray''a uduzmuşuq. Ona görə də indi 1-2 həftə öncə ilə müqayisədə mərhələni keçəcəyimizə o qədər də çox əmin deyiləm''.
Chosen
48
football-plus.az

1Sources