EN

Azərbaycan yığması Farer adalarına da böyük hesabla uduzdu

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsində keçirdiyi növbəti oyununda da uduzub.

Fanat.Az xəbər verir ki, B Liqasının 3-cü qrupunda yer alan yığma Farer adalarının uyğun yaş qrupundan ibarət kollektivi ilə bacarmayıb - 1:6.

Azərbaycan yığmasının heyətində Könül Hüseynova 42-ci dəqiqədə fərqlənib.

Xatırladaq ki, U-17 daha əvvəl Belçika (0:11) və Sloveniyaya (0:3) uduzub.

Chosen
48
6
fanat.az

7Sources