Ev əşyalarının satışı mağazasını idarə edən "CHELEBI" şirkətinin nizamnamə kapitalı 63 min manat azaldılıb.
Marja xəbər verir ki, “CHELEBI” MMC nizamnamə kapitalının 63 min manat azaldıldığını - yəni 4 milyon 645 min 33 manatdan 4 milyon 582 min 33 manata düşdüyünü elan edib.
Nizamnamə kapitalının azaldılması ilə bağlı kreditorlar öz tələblərini bu elan dərc edildiyi tarixdən etibarən bir ay ərzində Bakı şəhəri, Nəsimi rayonu, Üzeyir Hacıbəyli küçəsi 151 ünvanı (satış mağazası) üzrə bildirə bilərlər.