EN

Rusiyada DƏHŞƏTLİ QƏTL: Sevgilisini doğrayıb çamadanlara DOLDURDU – FOTO

Moskva ətrafında striptizçi sevgilisini öldürüb hissələrə ayırıb.

İnterpress.az xəbər verir ki, bu barədə “Baza” məlumat yayıb.

Krasnoqorskda 33 yaşlı Elmira T. amansızlıqla qətlə yetirilib. Gənc qadının bədən hissələri çamadanlara yığılmış halda, onun sevgilisi — 31 yaşlı striptizçi Sergey V. ilə birlikdə yaşadığı evin yaxınlığındakı zibil konteynerində aşkar edilib.

İlkin məlumatlara görə, kişi mübahisə zəminində sevgilisini öldürüb, meyiti parçalara ayıraraq çamadanlara yerləşdirib və zibilliyə atıb.

Hadisədən sonra o, binanın pəncərəsindən özünü ataraq həyatına son qoyub.

Kişinin meyiti hündürlükdən düşməyə xarakterik xəsarətlərlə mənzilin pəncərələri altında tapılıb.

Faktla bağlı Moskva vilayəti üzrə İstintaq Komitəsi tərəfindən qətl maddəsi ilə cinayət işi başlanılıb.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
42
1
interpress.az

2Sources