Misli premyer-liqasının 25-ci turunda “Şamaxı” evdə “Araz-Naxçıvan”a məğlub oldu - 0:1. “Football-plus.az” meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.
- Çempionatda belə 3-cü və ya 4-cü məğlubiyyətimizdi ki, üstün oynayıb uduzuruq. Rəqibə epizod verməyib, öz qapımıza qol vurduq. Uşaqlar vuruşdular. Bu ay 5-ci oyunumuz idi. Bir çox oyunlarda yaxşı çıxış edir, imkanları dəyərləndirə, son nöqtəni qoya bilmirik.
- “Şamaxı”dan minimum üç futbolçunu əsas millidə görə bilərik?
- Bir çox futbolçu U-21-in əsas oyunçularıdı. Sabit çıxış edirlər. U-21-in də iki çətin oyunu var. Onlar böyük oyunlarda olmalıdı. 15-20 dəqiqə oynamaqdansa, Portuqaliyaya qarşı oynasınlar, əsas yığma komandanın oyununa hazır olsunlar.
- “FİFA Series” turnirində qarşınıza hansısa hədəf qoyulub?
- Qalib gəlmək (gülür).
- Ötən oyundan sonra mətbuat konfransında dediyiniz fikirlər hansı klub rəhbərlərinə aid idi? Çünki bir neçəsi uyğun gəlir…
- Birinci bizim problemimiz odu ki, suallara, cavablara qulaq asmırıq. Kimin kiminlə problemi varsa, ora yozuruq. Burda cavablar məxsusi hansısa şəxsə ünvanlanmır. Jurnalistlərə hörmətim var, bütün sualları cavablayıram.
MÜZƏFFƏR QULUZADƏ