"Football-plus.az" xəbər verir ki, baş məşqçi 1/8 finalın “Real”la cavab oyunundan (1:2) sonra gələcəyi ilə bağlı sualla qarşılaşıb.
İspaniyalı mütəxəssis jurnalistin “dediniz ki, “biz qayıdacağıq”. Bu o deməkdi ki, “Mançester Siti”də qalacaqsınız” sualına belə cavab verib:
“Mən 10 ildən sonra karyeramı başa vurub pensiyaya çıxsam belə, yenə də deyəcəm ki, biz qayıdacağıq. Çünki mən bu klubun bir hissəsiyəm. “Barselona”da və ya “Bavariya”da olduğu kimi. Barselonada və Münhendə işlədiyim vaxtlarda həmin klubların da bir parçası idim. “Siti”yə çox bağlıyam”.
Qvardiola komandanı 2016-cı ildən çalışdırır. MS onun rəhbərliyi altında 18 turnirin qalibi olub.