Bakı.Trend:
Bu günlərdə Azərbaycanın ənənəvi olaraq ev sahibliyi etdiyi XIIIQlobal Bakı Forumunun əhatə etdiyi “Keçid dövründə olan dünyadafikir ayrılıqlarının aradan qaldırılması” mövzusu hazırkı dövrünçağırışları ilə yanaşı, məsələnin həllində əsas faktor olan birgəsəylərin göstərilməsini və ədalətə, beynəlxalq hüquqa əsaslananyanaşmanın ortaya qoyulmasını bir daha aktuallaşdırdı. Bu kimiçağırışlar hər bir ölkənin malik olduğu imkanların, dünyada sözsahibliyinin təqdimatında əhəmiyyətli rol oynayır. Bu baxımdanAzərbaycanın istər regionda, istərsə də dünya siyasətində artanrolu, söz sahibliyi diqqətdən kənarda qalmır və beynəlxalqsəviyyədə təqdir edilir. Tarixi Zəfərimizin, suverenliyimizinbərpasının yaratdığı reallıqlar əsasında son illərdə bu istiqamətdəölkəmizin liderliyi daha aydın görünür. Dövlət başçısı İlham Əliyevçıxışlarında, müsahibələrində Azərbaycanın liderliyini, artanrolunu şərtləndirən amillərə hər zaman xüsusi diqqət yönəldir.Reallıq budur ki, hazırda yeni dünya nizamı formalaşır, lakinbununla bağlı fikir ayrılıqları mövcuddur. Bu yanaşma bütündövrlərdə mövcud olub və Azərbaycan zaman-zaman ən yüksəktribunalardan sülhə, təhlükəsizliyə, əməkdaşlığa çağırışlar edərəkonların ümumi vəhdəti fonunda bir inkişaf modelinin qurulmasınınvacibliyini bildirib. Dövlət başçısı İlham Əliyevin qeyd etdiyikimi, təhlükəsizlik və sabitlik əsas amillər olmalıdır və bizsəylərimizi məhz bu istiqamətdə birləşdirməliyik.
Azərbaycanın beynəlxalq tədbirlər üçün ideal məkan kimi qəbuledilməsində də sabitlik və təhlükəsizlik əsas faktor kimi diqqətdəsaxlanılır. Azərbaycan təhlükəsiz ölkə, sabitlik diyarı kimiqazandığı nüfuza hər zaman yeni əlavələr edir. Başqa sözlə,dövlətimiz daim yeni hədəflərin müəyyənləşdirilməsinə və onlaradoğru inamlı addımların atrılmasına səylər göstərir. Azərbaycan,eyni zamanda, hər zaman iqtisadi müstəqilliyi ilə də diqqətdə olub.Ölkəmizin malik olduğu resurslar ona beynəlxalq arenada iqtisadi vəsiyasi dividendlər qazandırır. “Əsrin müqaviləsi” imzalandığıdövrdə Azərbaycan neft ölkəsi kimi tanınırdı. Lakin illər keçdikcə,Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə yanaşı, Bakı-Tbilisi-Ərzurumqaz kəməri də reallığa çevrildikdən sonra Azərbaycan regonalinkişafın aparıcı qüvvəsinə, həmçinin qaz ixracatçısına çevrildi.Bu layihələr ölkəmizin siyasi mövqeyini də möhkəmləndirdi.Azərbaycanın bugününə və gələcəyinə inam hazırda reallığa çevrilən,həmçinin gündəmə gətirilən layihələrin timsalında özünün aydınifadəsini tapır. Ölkəmiz bu gün 16 ölkəyə qaz ixrac edir. Buəminliyi də ifadə edirik ki, bu, son rəqəm deyil. Ölkəmiz Avropanınenerji bazarında mövcudluğunu genişləndirmək niyyətindədir. ArtıqAvropanın daha iki ölkəsinə - Almaniyaya və Avstriyaya qaztədarükünə başlanılıb. Hazırda Avropa İttifaqının 10 üzv dövlətiAzərbaycandan qaz alır. Qarşıdakı illərdə Azərbaycanınyataqlarından yeni təbii qaz mənbələrinin istismarı ilə əlaqədarolaraq hasilat həcmlərini artırmaq imkanımız genişlənir.
Bu fikirləri Trend-ə açıqlamasında Mİlli Məclisin deputatı VüqarRəhimzadə bildirib.
Milli Məclisin deputatı qeyd edib ki, Azərbaycanın enerjisektorunda qazandığı uğurların təqdimatında əhəmiyyətli rol oynayanvə ənənəvi keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsindənazirlərin builki iclasında Prezident İlham Əliyev bu hədəfi dəaçıqladı ki, cari ildə “Azəri-Çıraq-Günəşli” yatağının dərin qazlaylarından hasilatın başlanmasını gözləyirik. İki-üç il ərzində“Abşeron” yatağının tammiqyaslı işlənmə mərhələsinin başlanmasınıgözləyirik ki, bu da “Abşeron”dan qaz hasilatını üç dəfə artıracaq.Eyni zamanda, “Ümid” yatağının ikinci mərhələsi üzrə qaz hasilatınabaşlanması gözlənilir. 2028-ci ildə “Şahdəniz”in yeni mərhələsiüzrə hasilatın başlanması hədəflənib.
Yeni bazarlara, mövcud boru kəməri sisteminingenişləndirilməsinə böyük ehtiyacın olduğu aydın şəkildə görünür.Bütün bunlar Azərbaycanın həm yeni tərəfdaşlar qazanmasını, həm dədünyanın enerji təhlükəsizliyinin təminatında rolunu artırmasınışərtləndirir. Enerji təhlükəsizliyi ölkələrin millitəhlükəsizliyinin ayrılmaz hissəsidir. Bu kimi məsələlər ölkəmizin2024-cü ildə ev sahibliyi etdiyi COP29 tədbirində geniş müzakirəedilməklə Bakı iqlim konfransının bu günədək müzakirə olunan uğurlunəticələrində aydın ifadəsini tapdı. Həmin iqlim konfransındaliderlər bu çağırışı etdilər ki, sülh olmadan dayanıqlı inkişafbarədə danışmaq mümkün deyil. Dayanıqlı inkişaf olmadan da bizsülhü yarada bilmərik. Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinəverdiyi töhfələr yüksək dəyərləndirildi. Bu qiymətləndirmələr onudeməyə əsas verir ki, Azərbaycan iqtisadi və siyasi müstəqilliyinvəhdətini yaratmaqla dayanıqlı inkişafa geniş imkanlar yaradır.Ölkəmizin bu gün dünyaya təqdim etdiyi sülh təcrübəsi də bu kimiməqamların açıqlanmasında əhəmiyyətli rol oynayır. TarixiZəfərimizdən sonra regionda dayanıqlı inkişafın təmin edilməsininprioritetliyi vurğulanmaqla yanaşı, buna nail olmağın yolu-sülhüntəmin edilməsi də irəli sürüldü. Azərbaycanın bu təklifinəbeynəlxalq dəstəyi hazırda Ermənistanla tarixi sülh razılaşmasınınəldə edilməsində aydın şəkildə görürük. Bu sülhün hansı uğurlarayol açdığı da göz önündədir. Azərbaycan Ermənistanla sülh əldəedildikdən sonra Orta Dəhlizin yeni istiqaməti üzərində yaxındanişləyir. Bu istiqamət Ermənistan ərazisindən keçəcək. Prezidentİlham Əliyevin qeyd etdiyi kimi, Ermənistan isə bu gün beləolmadığı halda, müstəqil tarixində ilk dəfə tranzit ölkəsi olacaq.Bu isə ölkəmizə Azərbaycanın iki hissəsini – əsas hissəsi vəNaxçıvan Muxtar Respublikasını davamlı nəqliyyat, enerji, optikkabel və elektrik xətləri, həmçinin potensial olaraq boru kəmərlərivasitəsilə birləşdirməyə imkan verəcək. Beləliklə, bu, bizim üçün,yəni ümumilikdə hamı üçün qarşılıqlı uduşlu vəziyyət yaradacaq.
Vüqar Rəhimzadə vurğulayıb ki, Cənubi Qafqaz regionunun liderdövləti olan Azərbaycan yalnız bölgədə deyil, bütün dünyada nüfuzludövlət kimi qəbul olunur. Ölkəmizin bütün dövlətlərləbərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsipləri əsasındaəlaqələr qurması, ədalətin və beynəlxalq hüququn yanında olması,yeni dünya nizamının məhz bu dəyərlər əsasında formalaşdırılmasınaçağırışlar etməsi və sair kimi mühüm məqamlar xarici siyasətuğurlarımızın davamlılığında əhəmiyyətli rol oynayır. Azərbaycanınəməkdaşlıq əlaqələrində qarşılıqlı etimad münasibətlərininqorunmasına xüsusi önəm verməsi, qonşuluq və qardaşlıqprinsiplərini sözdə deyil, əməldə qoruması da liderliyinimöhkəmləndirməsində öz sözünü deyir. Son hadisələr bunun bir dahatəsdiqi oldu.
Millət vəkili onu da bildirib ki, əvvəldə qeyd etdiyimiz kimi,artan geosiyasi gərginliklər dövlətlər üçün düşünülmüş siyasətyürütməyi tələb edir. Azərbaycanın uğurlarında daim Lider vədüşünülmüş siyasət faktorları önə çəkilir. Ümummilli Lider HeydərƏliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətəqayıdışından sonra mühüm çağırışlarından biri bu oldu ki,müstəqilik yollarında ilk addımlarını atan ölkənin qarşısındadayanan əsas vəzifə beynəlxalq aləmdə varlığını təsdiqləmək, yerinivə rolunu möhkəmləndirməkdir. Ulu Öndərin hər bir çağırışıAzərbaycanın dayanıqlı inkişafının təmin edilməsində yol xəritəsioldu. Azərbaycan hər bir addımında müstəqil siyasət yürütdüyünü,milli maraqları hər şeydən üstün tutduğunu nümayiş etdirir. Qlobalproblemlərin həllində, siyasi dialoqun təşviqində və beynəlxalqtərəfdaşlığın möhkəmləndirilməsində Azərbaycanın rolunun artmasınıntəsdiqi təbii ki, günümüzün reallıqlarıdır. Prezident İlhamƏliyevin bildirdiyi kimi, Azərbaycan əbədi sülhə sadiqdir. Bu,bizim strategiyamız və siyasətimizdir.