EN

İran Milli Təhlükəsizlik Şurasına yeni təyinat: Laricanini o əvəz etdi

Səid Cəlili İranın Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi vəzifəsinə təyin edilib.

NOCOMMENT.az xəbər verir ki, o, bu postda İsrailin raket hücumu nəticəsində həlak olan Əli Laricanini əvəz edəcək.

Səid Cəlilinin bu yüksək posta gətirilməsi regionda gərginliyin pik həddə çatdığı bir vaxta təsadüf edir.

Siyasi analitiklər hesab edir ki, Laricaninin ölümündən sonra Cəlilinin təyinatı İranın xarici siyasətində, xüsusilə Qərblə münasibətlərdə daha sərt xəttin izləniləcəyinə işarədir.

Qeyd edək ki, yeni katib bundan əvvəl də ölkənin nüvə proqramı üzrə baş danışıqçısı və təhlükəsizlik strukturlarında mühüm vəzifələrin sahibi kimi tanınıb. İsrailin hədəfə aldığı Laricanidən sonra bu təyinatın rəsmi Tehranın strateji addımlarında hansı dəyişikliklərə yol açacağı dünya mediasının diqqət mərkəzindədir.

Sara,
NOCOMMENT.az

Chosen
94
47
nocomment.az

10Sources