EN

Donald Trampın Çinə səfəri təxirə salındı

Pekin və Vaşinqton qarşı tərəfin təklifi ilə təxirə salınan ABŞ Prezidenti Donald Trampın dövlət səfərinin yeni tarixlərini razılaşdırır.

Olaylar.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt jurnalistlərə məlumat verib.

"Onlarla işləyirik, səfərin təxirə salınmasına razılıq veriblər. Düşünürəm ki, prezidentin bu addım üçün arqumentlərini başa düşürlər. Yeni tarixləri müəyyən etməyə çalışırıq", - ABŞ rəsmisi deyib.

Levittin sözlərinə görə, təxirəsalma Donald Trampın may ayındakı qrafiki və Çin Sədri Si Cinpinin iş planının sıxlığı ilə əlaqədardır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
29
olaylar.az

1Sources