EN

Mark Rutte: "Biz Hörmüz boğazı üçün çalışırıq"

ABŞ prezidenti Donald Tramp son günlərdə İrana qarşı əməliyyatlar və NATO-nun mövqeyi ilə bağlı diqqətəlayiq açıqlamalar verib.

Tramp müttəfiq ölkələrin, xüsusən də Hörmüz boğazının təhlükəsizliyi ilə bağlı kifayət qədər məsuliyyət daşımadığını iddia edir.

Trampın ardıcıl açıqlamalarından sonra NATO-nun baş katibi Mark Rutte Hörmüz boğazı ilə bağlı açıqlama verib. Rutte, "Hörmüz üzərində işləyirik. Müttəfiqlər Hörmüz boğazının yenidən açılması ilə bağlı müzakirələr aparırlar”, - deyə bildirib.

Ekspertlər NATO ölkələrinin münaqişənin birbaşa tərəflərinə çevriləcəyi bir həllin mümkün olmadığı qənaətindədirlər.

Tramp bildirib ki, ABŞ enerji ehtiyacları üçün Hörmüz boğazından çox az asılıdır və digər ölkələr bu vacib keçidin qorunması üçün daha çox məsuliyyət daşımalıdırlar.

Çinin 90 faizinin, Yaponiyanın 95 faizinin və Cənubi Koreyanın 35 faizinin bu marşrutdan asılı olduğunu vurğulayan Tramp, "İqtisadiyyatı bizdən daha çox Hörmüz boğazından asılı olan ölkələri onu qorumağa təşviq edirik ",- deyə çağırış edib.

ABŞ-ın illərdir bu bölgəni "pulsuz" qoruduğunu iddia edən Tramp , artıq iştirak edən ölkələrin irəli addım atmasının vaxtı olduğunu bildirib.

Chosen
76
aznews.az

1Sources