EN

“Rəqibə epizod verməyib, öz qapımıza qol vurduq” Ayxan Abbasov

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

Misli premyer-liqasının 25-ci turunda “Şamaxı” evdə “Araz-Naxçıvan”a məğlub oldu - 0:1. “Football-plus.az” meydan sahiblərinin baş məşqçisi Ayxan Abbasovun oyunsonrası mətbuat konfransından hesabatı təqdim edir.- Çempionatda belə 3-cü və ya 4-cü məğlubiyyətimizdi ki, üstün oynayıb uduzuruq. Rəqibə epizod verməyib, öz qapımıza qol vurduq. Uşaqlar vuruşdular. Bu ay 5-ci oyunumuz idi. Bir çox oyunlarda yaxşı çıxış edir, imkanları dəyərləndirə, son nöqtəni qoya bilmirik.- “Şamaxı”dan minimum üç futbolçunu əsas millidə görə bilərik?- Bir çox futbolçu U-21-in əsas oyunçularıdı. Sabit çıxış edirlər. U-21-in də iki çətin oyunu var. Onlar böyük oyunlarda olmalıdı. 15-20 dəqiqə oynamaqdansa, Portuqaliyaya qarşı oynasınlar, əsas yığma komandanın oyununa hazır olsunlar.- “FİFA Series” turnirində qarşınıza hansısa hədəf qoyulub?- Qalib gəlmək (gülür).- Ötən oyundan sonra mətbuat konfransında dediyiniz fikirlər hansı klub rəhbərlərinə aid idi? Çünki bir neçəsi uyğun gəlir…- Birinci bizim problemimiz odu ki, suallara, cavablara qulaq asmırıq. Kimin kiminlə problemi varsa, ora yozuruq. Burda cavablar məxsusi hansısa şəxsə ünvanlanmır. Jurnalistlərə hörmətim var, bütün sualları cavablayıram.MÜZƏFFƏR QULUZADƏ

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
33
2
icma.az

3Sources