EN

MKİ direktoru: ABŞ İranın uranı zənginləşdirməsi istiqamətində yeni addımlarını müşahidə etməyib

Ötən ilin iyunundan bəri İran uranın zənginləşdirilməsi qabiliyyətini bərpa etməyib.

APA xəbər verir ki, bunu ABŞ-ın Milli Kəşfiyyat İdarəsinin direktoru Tulsi Qabbard bu gün Senatda İran müharibəsi ilə bağlı dinləmələrdə deyib.

Onun sözlərinə görə, ötən ilin iyun ayında – İsraillə 12 günlük müharibədə İranın nüvə zənginləşdirmə təsisatları məhv edilib və o zamandan bəri ABŞ Tehran tərəfindən bu istiqamətdə yeni addımlar atıldığını müşahidə etməyib.

Qabbard qeyd edib ki, İranda rejim dəyişməsə, dron və raket proqramının yenidən qurulmasına başlayacaqlar.

Chosen
57
17
apa.az

10Sources