EN

"Real" və "Atletiko"dan sonra növbə "Qalatasaray"ındır?

style='margin-bottom:10px;'>

"Liverpul"un baş məşqçisi Arne Slot Çempionlar Liqasının 1/8 final mərhələsi çərçivəsində "Qalatasaray"a qarşı keçiriləcək cavab matçından öncə fikirlərini bölüşüb.

QOL.az xəbər verir ki, UEFA-nın rəsmi saytının yaydığı məlumata görə, niderlandlı mütəxəssis doğma meydan amilinə və azarkeş dəstəyinə güvəndiklərini bildirib:

"Ən müsbət məqam odur ki, nəhayət, cavab matçını öz meydanımızda, doğma azarkeşlərimizin dəstəyi ilə keçirəcəyik. İstər tarixən, istərsə də bu mövsüm göstərdiyimiz performans təsdiqləyir ki, biz evdə səfərdəkindən daha güclü təsir bağışlayırıq. Cari mövsümün ümumi mərhələsində "Real" və "Atletiko" kimi nəhəngləri məhz öz meydanımızda məğlub etmişik. İlk qarşılaşmadan fərqli olaraq bu dəfə hər şeyin "Qalatasaray"ın yox, bizim xeyrimizə nəticələnməsi üçün gərgin çalışırıq.

Qeyd edək ki, İstanbulda keçirilən ilk matçda "Qalatasaray" rəqibini 1:0 hesabı ilə məğlub etməyi bacarıb. Sözügedən qarşılaşma isə bu axşam Bakı vaxtı ilə 00:00-da start götürəcək.

Chosen
45
1
teleqraf.com

2Sources