EN

MY hansı futbolçularla güclənəcək?

Bu yay “Mançester Yunayted”in heyətində köklü dəyişikliklər gözlənilir.

"Football-plus.az" xəbər verir ki, rəhbərlik komandadan ayrılacaq Kazemironu əvəzləmək üçün iki yarımmüdafiəçi transfer etmək niyyətindədi. Klub həmçinin Harri Maquayrla yeni müqavilə ilə bağlı razılıq əldə olunmayacağı halda mərkəz müdafiəçisi cəlb etməyi də planlaşdırır.

MY-nin əsas hədəfi yarımmüdafiə xəttini gəncləşdirməkdi. Klubun transfer siyahısında Sandro Tonali (Nyukasl), Adam Uorton (Kristal Pelas), Elliot Anderson (Nottingem Forest), Karlos Baleba (Brayton) və Aleks Skottun (Bornmut) adları var.

Chosen
66
1
football-plus.az

2Sources