EN

''Qalatasaray''ın ulduzu ən böyük arzusuna çatdı

''Qalatasaray''ın braziliyalı yarımmüdafiəçisi Qabriel Sara ən böyük arzusuna çatıb.

"Football-plus.az" xəbər verir ki, 26 yaşlı futbolçu karyerasında ilk dəfə Braziliya yığmasına dəvət alıb.

"Pentakamoeonlar''ın baş məşqçisi 26 nəfərlik geniş heyəti açıqlayıb. Ora Sara ilə yanaşı Türkiyədən ''Fənərbaxça''nın qapıçısı Ederson Moraeşin də adı salınıb. Braziliyanı martda Fransa və Xorvatiyaya qarşı yoxlama oyunları gözləyir.

''Qalatasaray'' da rəsmi sosial şəbəkə səhifəsində paylaşım edərək Saranı yığmaya ilk dəfə çağırılması münasibətilə təbrik edib və ona uğurlarının davam etməsini arzulayıb. Sara bununla da Türkiyəyə gəldikdən sonra karyerasında ilk dəfə Braziliya yığmasına dəvət alan cəmi ikinci futbolçu olub.

İlk belə futbolçu 2008-ci ildə ''Beşiktaş''lı Bobo olmuşdu. Düzdü, həmin vaxt bu forvard İrlandiya ilə yoxlama matçının iştirak ərizəsində yer alsa da, meydana çıxmamışdı.

Sara Türkiyəyə gələnə qədər futbol dünyasında o qədər də populyar deyildi. O, 2024-ün yayında 18 milyon avro qarşılığında çempionşip təmsilçisi ''Norviç''dən transfer edilib və Türkiyədə ikinci mövsümünü keçirir. Sara dəfələrlə bildirmişdi ki, ən böyük arzusu Braziliya yığmasında oynamaqdı.

Sara bu mövsüm 27-si start heyətində olmaqla ''sarı-qırmızılar''ın heyətində keçirdiyi 37 rəsmi oyunda aktivinə 6 qol, 3 məhsuldar ötürmə yazıb. Ümumilikdə o, indiyə qədər Türkiyə karyerasında 83 rəsmi oyunda 8 qol, 13 məhsuldar ötürmə ilə fərqlənib.

Chosen
48
1
football-plus.az

2Sources