EN

Müctəba Xamenei ABŞ və İsraili TƏHDİD ETDİ: “Tezliklə bədəl ödəyəcəklər”

Laricaninin qatilləri bunun bədəlini ödəyəcəklər.

İnterpress.az xəbər verir ki, bu barədə Müctəba Xameneinin “Telegram” kanalında yayımlanan müraciətdə məlumat verilib.

İranın Ali rəhbəri tərəfindən yayımlanan bəyanatda amerika-israil qüvvələrinə qarşı sərt xəbərdarlıq yer alıb.

Mesajda Laricaninin qətlində əli olanların ciddi şəkildə cəzalandırılacağı vurğulanıb.

Müctəba Xameneinin müraciətində qeyd olunur:

“Hər bir qan qanla ödənilir, şəhidlərin cinayətkar qatilləri tezliklə bunun bədəlini ödəyəcəklər”.

Bu bəyanat regionda gərginliyin daha da artdığı bir dövrdə İran rəhbərliyinin qisas almaq əzmində olduğunu nümayiş etdirir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
94
interpress.az

1Sources