EN

Azərbaycan millisinin sabiq yarımmüdafiəçisi klubunu dəyişdi

Azərbaycan millisinin və “Qarabağ”ın sabiq futbolçusu Riçard Almeyda Braziliyada klubunu dəyişib.

Sportinfo.az xəbər verir ki, 36 yaşlı yarımmüdafiəçi D seriyasında yarışan “Alvinegro”ya transfer olunub.

Bu haqda klubun yaydığı açıqlamada bildirilib.

“Qarabağ”dan ayrıldıqdan sonra “Primavera”da çıxış edən və 2026-cı il Paulista A1 çempionatında oynayan Riçard artıq yeni komandası ilə məşqlərə başlayıb.

Chosen
67
sportinfo.az

1Sources