EN

Kakao qiymətlərində tarixiREKORD

Qlobal bazarlarda kakaonun qiyməti tarixdə ilk dəfə olaraq ton başına 10.000 dollar həddini keçib.

Redaktor.az xəbər verir ki, Qərbi Afrikadakı (xüsusilə Kot-d'İvuar və Qana) əlverişsiz hava şəraiti və kənd təsərrüfatı xəstəlikləri məhsuldarlığı kəskin şəkildə aşağı salıb.

Ekspertlər xəbərdarlıq edir ki, bu artım yaxın aylarda şokolad məhsullarının qiymətində ciddi sıçrayışlara və istehsalçıların tərkibdə kakao yağını azaltmaq kimi alternativ yollara əl atmasına səbəb olacaq.

Xədicə BAXIŞLI

 

Chosen
57
1
redaktor.az

2Sources