EN

ABŞ-da ipoteka faiz dərəcələri son üç ayın ən yüksək səviyyəsinə çatıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-da ipoteka faiz dərəcələri son üç ayın ən yüksək səviyyəsinə çatıb.

Banco.azxəbər verir ki, ABŞ-də 30 illik ipoteka (mənzil krediti) üzrə orta faiz dərəcəsi ötən həftə 6,30 faizə yüksələrək 2025-ci ilin dekabrından bəri ən yüksək səviyyəyə çatıb, müraciətlər isə 10,9 faiz azalıb.

“Mortgage Bankers Association” (İpoteka Bankirləri Assosiasiyası) (MBA) 13 mart tarixində başa çatan həftə üzrə ipoteka məlumatlarını açıqlayıb.

Məlumata görə, ipoteka müraciətləri ötən həftə əvvəlki həftə ilə müqayisədə 10,9 faiz azalıb.

Bu dövrdə mənzil alışı üçün edilən müraciətlər 1 faiz artsa da, yenidən maliyyələşdirmə üzrə müraciətlər 19 faiz azalıb.

Ölkədə 30 illik ipoteka üzrə orta faiz dərəcəsi 6,19 faizdən 6,30 faizə yüksəlib.

Eyni dövrdə 15 illik ipoteka üzrə orta faiz dərəcəsi də 5,54 faizdən 5,66 faizə qalxıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Chosen
70
1
banco.az

2Sources