EN

ABŞ rəsmisindən İranla bağlı xəbərdarlıq: Vaxt verdi

GlobalInfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Retkliff İranın raket proqramı ilə bağlı diqqətçəkən açıqlama verib.

Globalinfo.az xəbər verir ki, bu barədə “The Independent” məlumat yayıb.

Retkliffin sözlərinə görə, Tehran artıq uzaqmənzilli raketlərin hazırlanması sahəsində ciddi təcrübə toplayıb və bu istiqamətdə sürətlə irəliləyir.

O bildirib ki, mövcud tendensiya davam edərsə, İran yaxın altı ay ərzində ABŞ ərazisinə çata biləcək raket yaratmaq potensialına sahib ola bilər.

CIA rəhbəri vurğulayıb ki, bu inkişaf İranın strateji təhdid imkanlarını əhəmiyyətli dərəcədə artırır və regiondan kənara çıxaraq birbaşa ABŞ üçün risk yarada bilər. O qeyd edib ki, İranın həm raket, həm də hərbi texnologiyalar sahəsində topladığı bilik və imkanlar diqqətlə izlənilir.

Qeyd edək ki, Con Retkliff daha əvvəl də İranın hərbi və nüvə potensialı ilə bağlı xəbərdarlıq edərək, bu ölkənin ABŞ və müttəfiqləri üçün real təhlükə olaraq qaldığını bildirmişdi.

Tahir Turan

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
23
globalinfo.az

1Sources