EN

Estoniya Azərbaycana yatırımı kəskin artırdı Rəqəmlər AÇIQLANDI

GlobalInfo portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

2025-ci ildə Estoniyanın Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyaları 14,985 milyon ABŞ dolları təşkil edib.

Gobalinfo.az Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, investisiyaların həcmi il ərzində 122,82 dəfə və ya 14,863 milyon ABŞ dolları artıb.

Bu göstərici 2024-cü ildə 122 min ABŞ dolları olub.

Estoniyadan gələn investisiyaların Azərbaycana yatırılan ümumi birbaşa xarici investisiyaların həcmindəki payı 0,2 % təşkil edib.

Xatırladaq ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına yönəldilmiş birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dolları təşkil edib (il ərzində 6,4 % azalıb), Azərbaycan isə xaricə 2,528 milyard dollar investisiya yatırıb (43,4 % artımla).

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
48
3
globalinfo.az

8Sources