EN

Arvadının istəkləri üçün 8 il oğurluq edib - onu köhnə paltosu ələ verib

Müstəntiqlər onun “istedadı” ilə ilk dəfə Tula vilayətinin Lipki şəhərində qarşılaşıblar. Əmanət bankı qarət edilib. Özü də seyf qaz qaynağı ilə açılıb və onun içərisində olan əskinaslar, lotereya biletləri, dövlət bankının istiqrazları və tapança götürülüb.

Ölkə.az xəbər verir ki, öncə işçilər və müstəntiqlər qapı bağlı olduğu halda hadisənin necə baş verdiyini anlamağa çalışıblar. Seyfin açarı yalnız bir qadında olub. Elə hadisə yerində onun özünü itirərək yerə yıxılması oğurluğun üstünü açıb. Qadın yerə yıxılan kimi, dərin çuxura düşüb. Məlum olub ki, oğru binanın altında tunel qazıb. Hər şey diqqətlə edilib, heç bir dəlil və ya barmaq izi tapa bilməyiblər. İzi tapmaq üçün əraziyə it gətirilsə də, tütünlə qarışdırılmış qara istiot planları alt-üst edib. Növbəti səhər kolxozun seyfindən külli miqdarda pul yoxa çıxıb. Dəst-xətt olub.

Nəticədə iş üzrə təyin olunmuş müstəntiq Viktor Bespalov peşəkarlardan ibarət bir qrup toplayıb. Bacarıq və ixtiraçılığına görə oğruya məşhur filmdəki cinayətkar personajın şərəfinə “Jorj Miloslavski” ləqəbi verilib. Zamanla “Miloslavski” maraqlarını dəyişib. Qədim Skopin şəhərində o, kitabxananı soyub. Bu, indi təbəssüm yarada bilər. Lakin sovet dövründə yaxşı bədii kitablar çox qiymətləndirilib. Maraqlıdır ki, oğurlanan kitablar arasında kriminalistika dərsliyi də olub.

1979-cu ildə Ryazanda böyük bir mağazanı soymaq cəhdi edilib. Təsadüfi bir hadisə soyğunçuluğun qarşısını alıb. Yaxınlıqda bir-birini sevən cütlük oturub və diqqətli gənc qız mağazada alovların püskürdüyünü görüb. Gənc cütlük dərhal yanğınsöndürmə xidmətinə və milisə zəng ediblər. Avtomobil siqnalizasiyasının səsini eşidən oğru hər şeyi yerə atıb və pəncərədən tullanıb. O seyfi açıb, amma pulu götürməyə vaxtı olmayıb. Pulun bir hissəsi qaynaq qığılcımlarından zədələnib. Oğru bütün alətlərini hadisə yerində qoysa da, yenə barmaq izləri olmayıb.

Bu dəfə “Miloslavski” baytarlıq klinikasına girib. Daha da təəccüblüsü onun oğurladığı mallar olub: vallar. Klinikanın baş həkimi illərlə o dövrdə inanılmaz dərəcədə populyar olan və az olan xarici musiqi qruplarının diskləri yığıb. Oğrunun gözlənilməzliyi müstəntiqləri çaşdırıb. Lakin onlar bir şeyi anlaya biliblər: 30-dan çox oğurluq törətməsinə baxmayaraq, o, heç vaxt Tulada, Novomoskovsk şəhərində və ya Uzlovaya stansiyasında heç bir cinayət törətməyib.

1982-ci il axtarışda dönüş nöqtəsi olub. 9 martda Krapivna kəndində satıcı qadınlar tətildən sonra işə qayıdıblar və mağazalarını tanımayıblar. Piştaxtalar yerini dəyişib, mallar səpələnib və bəzi avadanlıqlar yoxa çıxıb. Dəyərli xəz yaxalıqlar kəsilib və mağazaya 7000 rubldan çox ziyan dəyib. Bu məbləğə yeni bir maşın almaq olardı.

Araşdırma zamanı məlum olub ki, oğru mağazada rahatca yeyib-içib. Məlum olub ki, bu dəfəki dəlik tavanda olub. “Miloslavski” binanın çölündən çardağa nərdivanla qalxıb, oradan köhnə binanın tavanında bir deşik açıb və rəflərdən aşağı düşüb. Lakin mağazada köhnəlmiş 48 ölçülü palto qalıb. Paltonun cibində Uzlovaya stansiyasından alınan qatar bileti və iş icazəsi tapılıb. Artıq texnologiyanı dərindən bilən və qaz qaynağı işlətməyi bacaran, zəif bir adam axtarmaq lazım idi.

Bespalovun müəyyən etdiyi coğrafi “üçbucaq”da bu kriteriyaya uyğun adamların siyahısı Daxili İşlər Nazirliyi tərəfindən təqdim edilib. Meyarlara uyğun gələn beş nəfər müəyyən edilsə də, onlardan yalnız biri palto üçün uyğun olub. Əlbəttə ki, şüşədə barmaq izləri də olub.

Diqqət dəmiryol işçisi Vyaçeslav Syedin üzərində dayanıb. Çalışqan işçi tez-tez xəstəlik məzuniyyəti alıb. Xoşbəxt ailəsi və gözəl bir qızı olsa da, oğurluq etməyə vaxtı olmadığı üçün xəstəlik məzuniyyəti təşkil edib və soyğunçuluqla məşğul olub. Müstəntiqlər oğrunu cinayət başında tutmaq qərarına gəliblər. Səhər tezdən o, evdən çamadanla çıxıb, Skopində qatardan düşüb. Bütün günü gözləmə otağında oturub və yalnız qaranlıq düşəndə DOSAAF-ın (Orduya, Aviasiyaya, Donanmaya Könüllü Yardım Cəmiyyəti‎) yerləşdiyi binaya gedib. Pəncərəni sındırıb, tez bir zamanda siqnalizasiyanı söndürüb və silah anbarına girib.

Artıq oğru iş başında saxlanılıb. Vyaçeslav Syedinin hərəkətlərindən dövlətə dəyən ümumi ziyan 50.000 rubl təşkil edib ki, bu da “xüsusilə irimiqyaslı” cinayətin əhatə dairəsinə daxil olub və buna görə də ölüm cəzası ilə cəzalandırılıb. Həyatını xilas etmək üçün Vyaçeslav istintaqla fəal şəkildə əməkdaşlıq edib. Məhkəmə vəziyyəti qiymətləndirib, Syedin çox təvazökar bir həyat sürüb və sədaqətli ailə başçısı olub. O, həyat yoldaşına olan səmimi sevgisi üzündən oğurluq edib. Bu, həyat yoldaşının Dümanı oxumaq istədiyini, amma kitab tapa bilmədiyini deməsi ilə baş verib. Sonra qadın məşhur xarici valları əldə etdiyinə görə rəfiqəsinə həsəd aparıb. Nəticədə həyat yoldaşı bir günə onlarla val gətirib. Yeni xəz dəri üçün həsəd aparan qadının bu arzusu da ürəyində qalmayıb.

Oğurlanan əşyalar və pulların bir qismi dövlətə qaytarılıb. Məhkəmə hökm çıxararkən bütün bunları nəzərə alıb. Viktor Syedin 15 il həbs cəzası alıb. O, ömrünün 15 ilini həbsxanada keçirən zaman keçmiş həyat yoldaşı ərə gedib, qızı isə həbsdə olan atası ilə ünsiyyət qurmaqdan imtina edib. Lakin azadlığa çıxan oğru ümidsizliyə qapılmayıb. O, bir monastıra gedib və orada rahib kimi yaşayıb.(musavat)

Chosen
38
2
olke.az

3Sources