Çempion kim olacaq - “Qarabağ”, yoxsa “Sabah”? Əlbəttə, zaman maşını icad edilsəydi, hər kəs məhz maya yollanmaq, aylardı beynimizi məşğul edən suala cavab tapmaq istəyərdi. Lakin indi gözləməkdən başqa çarə yoxdu. Yalnız təqvimə uyğun bəzi müqayisələr aparmaq mümkündü ki, bu yazıda həmin işi görəcəyik.
“Football-plus.az” xəbər verir ki, martla bağlı suallara böyük ölçüdə aydınlıq gəlib. “Sabah” “Sumqayıt”la, “Qarabağ”la “Kəpəz”lə qarşılaşacaq. Bundan sonra başlayacaq milli fasilə aprelin 5-də başa çatacaq. Həmin gün 26-cı tura start veriləcək.
“Köhlən atlar”ı gələn ay sıx qrafik gözləyir.
Ölkə kuboku, yarımfinal, ilk oyun
3 aprel
Qarabağ – Sabah
Misli premyer-liqası
6 aprel
Qarabağ – Karvan Yevlax
11 aprel
Şamaxı – Qarabağ
18 aprel
Qarabağ – Sabah
Ölkə kuboku, yarımfinal, cavab oyunu
22 aprel
Sabah – Qarabağ
26 aprel
Neftçi – Qarabağ
30 aprel
Neftçi – Qarabağ
Göründüyü kimi, 7 matçdan üçündə “Sabah”la qarşılaşacaq “Qarabağ” ikisində əzəli rəqibi “Neftçi”ylə üz-üzə gələcək.
Masazır təmsilçisinin də işinin çətin olacağını bildirək. Çünki “bayquşlar” apreldə “Qarabağ”la yanaşı, avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandalarla – “Zirə” və “Araz-Naxçıvan”la da görüşəcək. “Karvan-Yevlax”a qarşı da oyun var ki, bu da ciddi sınaqdı. Çünki şanslarının tükənmək üzrə olduğunu görən bölgə təmsilçisi ölüm-qalım mübarizəsinə çıxacaq.
Görək aprel bizə nə göstərəcək? Çempionun adını öyrənəcəyik, yoxsa intriqa mayda da bizlə olacaq?
KƏNAN BAHADIR