EN

Arda Turan təqvimdən şikayətləndi

Footbal-plus saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Arda Turanın çalışdırdığı ''Şaxtyor'' üçün mövsüm uğurlu şəkildə davam edir. "Football-plus.az" xəbər verir ki, qarşısına Konfrans Liqasını qazanmaq hədəfi qoyan ''Şaxtyor'' ötən həftə 1/8 finalın ilk oyununda səfərdə ''Lex''i 3:1 məğlub etdi. Bazar günü isə ''Şaxtyor'' Ukrayna çempionatının 20-ci turunda ''Metallist 1925''i minimal hesabla yenərək liderliyini davam etdirdi. Türkiyəli mütəxəssis bu matçın ardından təqvimlə bağlı şikayətlərini dilə gətirdi. Sən demə ''Lex''ə qarşı ilk oyundan sonra ''Şaxtyor'' Polşanı tərk etməkdə çətinlik çəkibmiş. Qeyd edək ki, məlum səbəblər üzündən Ukrayna nəhəngi cavab matçını da Polşada - Krakov şəhərində keçirəcək:

''Cümə günü axşam saatlarında qonşu ölkənin sərhəd mühafizə xidməti bizi bir xeyli gözlətdirdi. Bu üzdən Polşa sərhəddində əlavə 5-6 saat keçirməli olduq. Belə olan halda təbii ki, oyunçuları bu matça istədiyimiz səviyyədə hazırlaya bilmədik. Federasiyanın ''Metallist 1925'' ilə oyunumuzu təxirə salacağını düşünürdüm. Amma bu matçı oynamaq məcburiyyətində qaldıq. Bu üzdən həm üzgün, həm də əsəbiyəm. Fiziki durumumuzu nəzərə aldıqda bu qarşılaşma birmənalı şəkildə təxirə salınmalı idi. Ancaq bu reallıqla barışmağa və buna uyğun yaşamağa məcburuq''.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
18
1
icma.az

2Sources