Dizellə işləyən avtomobilə benzin dolduruldu, mühərrik sıradan çıxdı.
NOCOMMENT.az xəbər verir ki, Lənkəranda fəaliyyət göstərən yanacaq doldurma məntəqəsində sürücünün avtomobilinə səhv yanacaq vurulduğu iddia edilir. Elşən Kərimov deyir ki, hadisə mart ayının 10-da Lənkəran “Lukoil” yanacaq doldurma məntəqəsində baş verib.
Zərərçəkmiş iddia edir ki, avtomobil dizel mühərrikli olduğu halda, məntəqə əməkdaşları tərəfindən nəqliyyat vasitəsinə benzin yanacağı vurulub. Sürücü bildirir ki, avtomobili təxminən 2 kilometr idarə etdikdən sonra mühərrikdə nasazlıq yaranıb. Bundan sonra avtomobili ustaya aparan Elşən Kərimova bildirblər ki, yancaqdoldurma məntəqəsində onun avtomobilinə dizel əvəzinə benzin vurulub.
Elşən Kərimov deyir ki, avtomobilinə dəyən 700 manat ziyanla bağlı yanacaq doldurma məntəqəsinə müraciət etsə də, ona heç bir köməklik göstərilməyib və dəymiş ziyanın ödənilməsindən imtina edilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.