EN

Ermənistan Omanda səfirlik açdı

Ajans.az xəbər verir ki, bu barədə Omanın XİN rəhbəri Bədr əl-Busaidi "X" sosial şəbəkəsində bildirib.

"Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla birlikdə Maskatda Ermənistan Respublikası səfirliyinin açılışında iştirak etdik. Bu mühüm hadisə əməkdaşlığın möhkəmləndirilməsinə, qarşılıqlı maraq doğuran məsələlər üzrə dialoqun inkişafına və müxtəlif sektorlarda yeni imkanların açılmasına olan ümumi sadiqliyimizi əks etdirir", - paylaşımda deyilir.

Chosen
78
1
Ajans.az

2Sources