EN

İsveçrədən Azərbaycana birbaşa investisiyaların həcmi 5 dəfə artıb - Mərkəzi Bank

İsveçrənin Azərbaycan iqtisadiyyatına 2025-ci ildə birbaşa xarici investisiyaları (BXİ) 326,378 milyon ABŞ dolları təşkil edib. Azərbaycan Mərkəzi Bankının (AMB) məlumatında deyilir ki, investisiyaların həcmi il ərzində 5,07 dəfə və ya 262,009 milyon ABŞ dolları artıb.

Azərbaycana qoyulan birbaşa xarici investisiyaların ümumi həcmində İsveçrədən olan investisiyaların payı 4,9 % təşkil edir. Azərbaycan ötən il İsveçrə iqtisadiyyatına 37,833 milyon ABŞ dolları investisiya yatırıb (il ərzində 99,94 % azalıb), Azərbaycanın bu ölkəyə birbaşa xarici investisiyaların ümumi BXİ-nin həcmindəki payı isə 1,5 % təşkil edib.

Mətləb

Chosen
48
1
sia.az

8Sources