EN

Peskov elan etdi: Üçtərəfli danışıqlar dayandırıldı

Ukrayna, ABŞ və Rusiya arasında aparılan üçtərəfli danışıqlar dayandırılıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat yayıb.

Peskovun sözlərinə görə, Ukrayna, ABŞ və Rusiya Federasiyası arasındakı üçtərəfli danışıqlar hazırda “pauza” rejimindədir. Danışıqların dayandırılmasının səbəbləri və nə vaxt bərpa olunacağı barədə əlavə təfərrüat verilməyib.

Buna baxmayaraq, Kremlin rəsmisi qeyd edib ki, Rusiya prezidentinin xüsusi nümayəndəsi Dmitriyev Rusiya və ABŞ arasındakı ikitərəfli qrup çərçivəsində fəaliyyətini davam etdirir. Bu, gərginliyə baxmayaraq, iki böyük dövlət arasında müəyyən rabitə kanallarının hələ də açıq qaldığını göstərir.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
112
interpress.az

1Sources