EN

Kərə yağları ilə bağlı dəhşətə gətirən VİDEO AQTA təcili hərəkətə keçdi

Oxu.az saytından verilən məlumata görə, ain.az xəbər verir.

Satışda olan "Tulçinka" yağları ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülər ciddi müzakirələrə səbəb olub. Paylaşılan kadrlarda yağın gigiyenik qaydalara zidd şəkildə yerdə tapdalanaraq toplandığı iddia edilir.

Bəs yayılan bu görüntülər nə dərəcədə həqiqəti əks etdirir? Ümumiyyətlə, belə şəraitdə yağ istehsalı mümkündürmü?

Kərə yağları ilə bağlı dəhşətə gətirən VİDEO - AQTA təcili hərəkətə keçdi

Qida üzrə ekspert Seymur Qafarov məsələni Baku TV-yə belə şərh edib:

"Mütləq şəkildə həmin ərazidə yağın emalı paslanmaz metaldan olan avadanlığın içərisində yerinə yetirilməli idi. Divarlar, həmçinin yer sürüşməyən, rahat yuyula bilən materialla təmin olunmalıdır".

İKT üzrə mütəxəssis Asim Namazov isə məsələ ilə bağlı bunları deyib:

"İlk növbədə, mənbəyə diqqət yetirmək lazımdır. Yəni video ilk dəfə harada paylaşılıb? Paylaşan hesab etibarlıdırmı, yoxsa yeni yaradılmış və qeyri-aktiv bir profildirmi? Bu kimi videolarda işıq və kölgələrin uyğunluğu, üz ifadələri, dodaq hərəkətlərinin səslə sinxronluğu kimi detallar diqqətlə incələnməlidir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
69
1
oxu.az

2Sources