EN

“Xain” elan edilmiş qadın futbolçular İrana qayıtdılar Video

Qafqazinfo portalından verilən məlumata əsasən, ain.az bildirir.

Avstraliyada keçirilən Qadınlar Asiya Kubokunda baş verən mübahisələrdən sonra sığınacaq üçün müraciət edən İran Qadınlar Milli Futbol Komandasının bəzi oyunçuları Türkiyə vasitəsilə ölkələrinə qayıdıb.

“Qafqazinfo” xəbər verir ki, komanda Oman və Kuala-Lumpur üzərindən İstanbula gəldikdən sonra İğdır Hava Limanına çatıb və Gürbulak-Bazarqan sərhəd keçid məntəqəsi vasitəsilə İrana daxil olub.

Uzun müddət ölkənin gündəmində olan futbolçular üçün İranda mərasim təşkil edilib və onlar vətənə qəhrəman kimi qarşılanıblar.

Komandadan yalnız iki oyunçu – Fatemeh Pasandideh və Atefeh Ramezanizadeh Avstraliyada qalıb və “Brisbane Roar” komandası ilə məşqlərə başlayıblar. Digər oyunçular isə sığınacaq müraciətlərini geri götürərək, komandaya qoşulublar.

Qeyd edək ki, turnirin açılış matçında İran dövlət himnini oxumayan futbolçular beynəlxalq ictimaiyyətdə geniş əks-səda doğurmuşdu. Bu addım İran rəsmiləri tərəfindən sərt tənqid olunmuş, insan haqları təşkilatları isə xaricdəki idmançılara təzyiq göstərildiyini bildirmişdi.

İran Prokurorluğu əvvəlki günlərdə xəbərdarlıq edərək, xaricdə yaşayan və ABŞ və İsraili dəstəkləyən İran vətəndaşlarının qanuni sanksiyalarla üzləşə biləcəyini açıqlamışdı.

Parlament sədri Məhəmməd Bağer Qalibaf isə futbolçuların qayıtmasını “düşmənləri məyus edən vətənpərvər bir qərar” kimi xarakterizə edib və onları “vətən oğulları” adlandırıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
69
qafqazinfo.az

1Sources