EN

Avropa İranla hərbi münaqişəyə girmək istəmədiyini bəyan edib

Avropalı mənbə RBC-yə bildirib ki, Avropa ölkələri ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına qoşulmağa hazır deyil.

Mənbə bildirib ki, "Fransa öz təyyarədaşıyan gəmisini regionda yerləşdirib, lakin bu, yalnız müdafiə məqsədləri üçündür. Fransa, tərəfdaşları ilə birlikdə, şərait imkan verdikdə Hörmüz boğazında naviqasiya azadlığını təmin etməyə hazırdır".

O qeyd edib ki, Rusiya Yaxın Şərqdəki münaqişənin həllində rol oynaya bilər. "Rusiya İranı MAQATE ilə əməkdaşlığı bərpa etməyə təşviq edə bilər", - deyə o, yekunlaşdırıb.

Daha əvvəl ABŞ prezidenti Donald Tramp Avropa və Asiya ölkələrini bu dəniz yolunun təhlükəsizliyini birgə təmin etmək üçün gəmilərini Hörmüz boğazına göndərməyə çağırıb.

Fransa prezidenti Emmanuel Makron bildirib ki, ölkə tərəfdaşları ilə birlikdə Hörmüz boğazında təhlükəsiz naviqasiyanı bərpa etmək üçün "müdafiə missiyası" hazırlayır. Financial Times qəzetinin məlumatına görə, Fransa, İtaliya və digər Aİ ölkələri də gəmilərin təhlükəsiz keçidi üçün İranla danışıqlar aparırlar. Lakin ölkələr eskalasiya riski səbəbindən tankerləri boğazdan birbaşa müşayiət etməkdən çəkinirlər.

Daha sonra Avropa diplomatiyasının rəhbəri Kaja Kallas Aİ üzv dövlətlərinin Aspides dəniz missiyasını Qırmızı dənizdən Hörmüz boğazına göndərməyi zəruri hesab etmədiklərini açıqladı. "Əvvəla, bu, Avropanın müharibəsi deyil", - deyə o bildirib.

Əziz Mustafa

Chosen
60
oxumeni.az

1Sources