EN

12 İslam ölkəsindən İranla bağlı sərt mövqe: Bu hücumlar əsaslandırıla bilməz...

Ər-Riyadda görüşən 12 ərəb və İslam ölkəsinin xarici işlər nazirləri İranın Körfəz Ərəb dövlətlərinə hücumlarını əsassız adlandırmaqla onları dayandırmağa çağırıblar.

Musavat.com xəbər verir ki, mövqe danışıqların yekunlarına dair açıqlamada yer alıb: "İranın Körfəz ölkələrinə hücumları heç bir şəkildə əsaslandırıla bilməz; onların hədəfləri mülki infrastruktur və yaşayış məntəqələrini əhatə edir. Tehran bu hücumları dərhal dayandırmalıdır".

Ər-Riyad görüşünün iştirakçıları həmçinin Körfəz Ərəb dövlətlərinin "özünümüdafiə hüququna malik olduğunu" təsdiqləyiblər və "İranın təcavüzünün qarşısını almaq üçün əməkdaşlığı davam etdirmək" barədə razılığa gəliblər.

Danışıqlarda Azərbaycan, Bəhreyn, Misir, İordaniya, Qətər, Küveyt, Livan, Birləşmiş Ərəb Əmirlikləri, Pakistan, Səudiyyə Ərəbistanı, Suriya və Türkiyənin xarici işlər nazirləri iştirak ediblər.

Musavat.com

 

Chosen
64
28
musavat.com

10Sources